WCU Psixoloji Mərkəz

Sənin Rifahın,
Akademik Gələcəyin.

Universitet həyatında rastlaşdığın çətinliklər və stress anlarında, elmi əsaslı metodlarla və peşəkar komandamızla hər addımda yanındayıq.

"Qərbi Kaspi Universiteti Psixologiya Mərkəzi psixoloji elmin inkişafına, tələbələrin nəzəri və praktik biliklərinin möhkəmləndirilməsinə, həmçinin cəmiyyətin psixoloji rifahına dəstək verməyə həsr olunmuşdur. Mərkəz tələbələr üçün praktik məşğələlərin təşkili, psixoloji xidmətlərin göstərilməsi və ictimai maarifləndirmə fəaliyyətləri ilə seçilir."

WCU Logo

Elmi-Praktik Mərkəz

Klassik və Müasir Psixologiya

Fəaliyyət İstiqamətlərimiz

🧠

Psixoloji Xidmətlər

Psixokonsultasiya, psixoterapiya və qrup işlərinin peşəkar səviyyədə təşkili.

🛠️

Praktik Təcrübə

Tələbələr üçün elmi əsaslı praktik məşğələlərin və ixtisaslaşmış seminarların keçirilməsi.

🌍

Sosial Dəstək

Maarifləndirmə proqramları və layihələrlə ictimaiyyətin psixoloji rifahına töhfə.

🤝

Müasir Metodlar

Beynəlxalq əməkdaşlıq çərçivəsində ən son psixoloji yanaşmaların ölkəmizdə tətbiqi.

Vizyonumuz

Psixologiya sahəsində beynəlxalq standartlara uyğun tədris və tədqiqat mərkəzi olmaq, psixoloji biliklərin tətbiqini genişləndirmək və cəmiyyətin psixoloji sağlamlığının gücləndirilməsinə töhfə vermək.

Fəaliyyət Prinsiplərimiz

01

Məxfilik

Məlumatlar diqqətlə qorunur. Lakin şəxsin özünə və ya başqalarına zərər vermə riski olduqda, zəruri qurumlara məlumat verilir.

02

Peşəkarlıq

Etik prinsiplərə sadiq və peşəkar xidmət təqdim olunur.

03

Bərabərlik

Din, dil, irq və cinsiyyət ayrı-seçkiliyi olmadan hər kəsə xidmət göstərilir.

04

Randevu Riayəti

Gəlməyəcəyinizi bir gün öncədən bildirmədikdə, növbəniz digər şəxsə verilir.

Xidmət Məlumatları

Seanslar haqqında bilməli olduğunuz vacib məqamlar

📅

Randevu Sistemi

Hər iki tərəf üçün uyğun gün və saat təyin edilir.

⏱️

Seans Müddəti

Hər bir seans 45–50 dəqiqə davam edir.

🤝

Əməkdaşlıq

Faydalı nəticə üçün davamlı iştirak və əməkdaşlıq vacibdir.

Gözləmə Müddəti

Müraciət çoxluğuna bağlı olaraq müddət dəyişə bilər.

Komandamız

Mütəxəssislərimiz

Səbinə Bayramova
10,000+ terapiya seansı təcrübəsi

Səbinə Bayramova

Uzman Psixoloq & Psixoterapevt

Türkiyənin Selçuk Universitetində Ailə Psixologiyası üzrə uzmanlıq təhsili almışdır. Almaniya, ABŞ (Harvard) və Türkiyədə beynəlxalq akkreditasiyalı master-klasslar keçmiş, EMDR, CBT və Sxem Terapiya üzrə ixtisaslaşmışdır.

CBT & EMDR Cinsi Terapiya Ailə & Cütlük
Tam Bioqrafiyanı Oxu
Rüstəm Kərimov
Fəlsəfə və Din Tarixi üzrə tədqiqatçı

Rüstəm Kərimov

Qərbi Kaspi Universiteti Psixologiya Mərkəzinin psixoloqu

BDU-nun İlahiyyat fakültəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirmiş, hazırda "Dinin tarixi və fəlsəfəsi" üzrə doktorantura pilləsində tədqiqatlarını davam etdirir. 8 elmi məqalə və tədris proqramlarının müəllifidir.

Din Fəlsəfəsi İslamşünaslıq Sosial İş
Tam Bioqrafiyanı Oxu
Ləman Hidayətova
Psixologiya üzrə fəlsəfə doktoru, Dosent

Ləman Hidayətova

Qərbi Kaspi Universiteti Psixologiya Mərkəzinin psixoloqu

20 ildən artıq elmi-pedaqoji təcrübəyə malikdir. Sosial psixologiya üzrə mütəxəssis, 26 elmi məqalə və 2 metodik vəsaitin müəllifidir. Deprivasiya və klinik deontologiya sahələrində geniş tədqiqatları mövcuddur.

Sosial Psixologiya Klinik Deontologiya Deprivasiya
Tam Bioqrafiyanı Oxu

Hansı mövzularda müraciət edə bilərsiniz?

Psixoloji konsultasiya tərəfsiz və təhlükəsiz mühitdə həyata keçirilir və şəxsin qərarvermə bacarıqlarını artırmağı hədəfləyir.

Support
Universitetə adaptasiya
İmtahan həyəcanı
Təşviş problemləri
Depressiv vəziyyət
Ailədaxili konfliklər
Ünsiyyət çətinlikləri
Akademik motivasiya
Vaxtın idarə olunması
Karyera konsultasiyası
Yas və itki dəstəyi
Müraciət Yolunuz

Dəstək Prosesi Necə İşləyir?

Psixoloji rifahınıza gedən yolda ilk addımı atmaq çox sadədir. Universitetimizin tələbəsi olaraq aşağıdakı mərhələləri izləyərək peşəkar kömək ala bilərsiniz.

1

Tələbə İdentifikasiyası

Rəsmi @wcu.edu.az korporativ mailinizlə sistemə giriş edərək müraciət formasını aktivləşdirin.

2

Müraciət Detalları

Sizə uyğun seansı seçin. Çətinlik çəkdiyiniz mövzunu və ya müraciət səbəbinizi qısa şəkildə qeyd edin (Bütün məlumatlar tam məxfi saxlanılır).

3

Təsdiq və Randevu

Təsdiq maili sizə göndəriləcək və seans bitdikdən sonra, fikirlərinizi bizimlə bölüşməyiniz xahiş edilir.

Məxfilik bizim üçün prioritetdir. Hər hansı texniki sualınız yaranarsa, birbaşa mərkəzə müraciət edə bilərsiniz:

psy.support@wcu.edu.az
📩

Konsultasiya üçün qeydiyyat

Zəhmət olmasa @wcu.edu.az sonluqlu tələbə mailinizi daxil edin.

Məlumatlarınızın təhlükəsizliyi qorunur