Universitet həyatında rastlaşdığın çətinliklər və stress anlarında, elmi əsaslı metodlarla və peşəkar komandamızla hər addımda yanındayıq.
"Qərbi Kaspi Universiteti Psixologiya Mərkəzi psixoloji elmin inkişafına, tələbələrin nəzəri və praktik biliklərinin möhkəmləndirilməsinə, həmçinin cəmiyyətin psixoloji rifahına dəstək verməyə həsr olunmuşdur. Mərkəz tələbələr üçün praktik məşğələlərin təşkili, psixoloji xidmətlərin göstərilməsi və ictimai maarifləndirmə fəaliyyətləri ilə seçilir."
Klassik və Müasir Psixologiya
Psixokonsultasiya, psixoterapiya və qrup işlərinin peşəkar səviyyədə təşkili.
Tələbələr üçün elmi əsaslı praktik məşğələlərin və ixtisaslaşmış seminarların keçirilməsi.
Maarifləndirmə proqramları və layihələrlə ictimaiyyətin psixoloji rifahına töhfə.
Beynəlxalq əməkdaşlıq çərçivəsində ən son psixoloji yanaşmaların ölkəmizdə tətbiqi.
Psixologiya sahəsində beynəlxalq standartlara uyğun tədris və tədqiqat mərkəzi olmaq, psixoloji biliklərin tətbiqini genişləndirmək və cəmiyyətin psixoloji sağlamlığının gücləndirilməsinə töhfə vermək.
Məlumatlar diqqətlə qorunur. Lakin şəxsin özünə və ya başqalarına zərər vermə riski olduqda, zəruri qurumlara məlumat verilir.
Etik prinsiplərə sadiq və peşəkar xidmət təqdim olunur.
Din, dil, irq və cinsiyyət ayrı-seçkiliyi olmadan hər kəsə xidmət göstərilir.
Gəlməyəcəyinizi bir gün öncədən bildirmədikdə, növbəniz digər şəxsə verilir.
Seanslar haqqında bilməli olduğunuz vacib məqamlar
Hər iki tərəf üçün uyğun gün və saat təyin edilir.
Hər bir seans 45–50 dəqiqə davam edir.
Faydalı nəticə üçün davamlı iştirak və əməkdaşlıq vacibdir.
Müraciət çoxluğuna bağlı olaraq müddət dəyişə bilər.
Uzman Psixoloq & Psixoterapevt
Türkiyənin Selçuk Universitetində Ailə Psixologiyası üzrə uzmanlıq təhsili almışdır. Almaniya, ABŞ (Harvard) və Türkiyədə beynəlxalq akkreditasiyalı master-klasslar keçmiş, EMDR, CBT və Sxem Terapiya üzrə ixtisaslaşmışdır.
Qərbi Kaspi Universiteti Psixologiya Mərkəzinin psixoloqu
BDU-nun İlahiyyat fakültəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirmiş, hazırda "Dinin tarixi və fəlsəfəsi" üzrə doktorantura pilləsində tədqiqatlarını davam etdirir. 8 elmi məqalə və tədris proqramlarının müəllifidir.
Qərbi Kaspi Universiteti Psixologiya Mərkəzinin psixoloqu
20 ildən artıq elmi-pedaqoji təcrübəyə malikdir. Sosial psixologiya üzrə mütəxəssis, 26 elmi məqalə və 2 metodik vəsaitin müəllifidir. Deprivasiya və klinik deontologiya sahələrində geniş tədqiqatları mövcuddur.
Psixoloji konsultasiya tərəfsiz və təhlükəsiz mühitdə həyata keçirilir və şəxsin qərarvermə bacarıqlarını artırmağı hədəfləyir.
Psixoloji rifahınıza gedən yolda ilk addımı atmaq çox sadədir. Universitetimizin tələbəsi olaraq aşağıdakı mərhələləri izləyərək peşəkar kömək ala bilərsiniz.
Rəsmi @wcu.edu.az korporativ mailinizlə sistemə giriş edərək müraciət formasını aktivləşdirin.
Sizə uyğun seansı seçin. Çətinlik çəkdiyiniz mövzunu və ya müraciət səbəbinizi qısa şəkildə qeyd edin (Bütün məlumatlar tam məxfi saxlanılır).
Təsdiq maili sizə göndəriləcək və seans bitdikdən sonra, fikirlərinizi bizimlə bölüşməyiniz xahiş edilir.
Məxfilik bizim üçün prioritetdir. Hər hansı texniki sualınız yaranarsa, birbaşa mərkəzə müraciət edə bilərsiniz:
psy.support@wcu.edu.azZəhmət olmasa @wcu.edu.az sonluqlu tələbə mailinizi daxil edin.
Məlumatlarınızın təhlükəsizliyi qorunur